“Ayaks”ın baş məşqçisi: “Qarabağ” çox yaxşı komandadır”

Hazırda oxunan: “Ayaks”ın baş məşqçisi: “Qarabağ” çox yaxşı komandadır”

584672

Niderlandın “Ayaks” komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyunu ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, 60 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında bunları deyib:

“Klubdakı insanlar bizə dəstək olur. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz buraya gəldiyi üçün xoşbəxtik. “Qarabağ” çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Oyunçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir”.

O, futbolçularına inandıqlarını vurğulayıb:

“Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Bu matçda da futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq”.

Mütəxəssis UEFA Çempionlar Liqasındakı əvvəlki matçlarda məğlub olduqlarını xatırladıb:

“Oyundan-oyuna dəyişikliklər olub. Hazırda danışmaq çətindir. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik”.

“Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin