Tanınmış şahmatçılar Xankəndidə bir arada – Turnir başlayır

Hazırda oxunan: Tanınmış şahmatçılar Xankəndidə bir arada – Turnir başlayır

584563

Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı start götürəcək.

Bizim.Media xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Turnirə dekabrın 11-də yekun vurulacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin