“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər

Hazırda oxunan: “İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər

584548

“İnter” klubu Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində “Liverpul”la keçiriləcək matçdan öncə itkiylə üzləşib.

Bizim.Media xəbər verir ki, komandanın əsas mərkəz müdafiəçisi Manuel Akanji sözügedən qarşılaşmanı buraxa bilər.
 

Məlumata görə, futbolçuda qrip simptomları aşkar edilib və o, bu səbəbdən komandanın son məşqində iştirak etməyib. Futbolçunun matçda oynayıb-oynamayacağı sabah keçiriləcək tibbi müayinədən sonra dəqiqləşəcək.


Xatırladaq ki, cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxan Akanji qol vura bilməyib.

Qeyd edək ki, “İnter” - “Liverpul” klubları arasında qarşılaşma 10 dekabrda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin