HƏMAS tərksilah olmaq üçün şərtini açıqladı

Hazırda oxunan: HƏMAS tərksilah olmaq üçün şərtini açıqladı

584286

HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.

Bizim.Media “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.

Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.
 

Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir.


“Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin