Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi

Hazırda oxunan: Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi

584210

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.

Ərəblər futbolçuya 4 illik müqavilə qarşılığında ümumilikdə 120 milyon avro (illik 30 milyon avro) qazanc vəd edirlər. Səudiyyə təmsilçilərinin hələ ötən yay Diazla maraqlandığı, indi isə təklifi daha da yaxşılaşdırdığı bildirilir.

Futbolçunun gələcəyi ilə bağlı yekun qərarı Dünya Çempionatından sonra verəcəyi qeyd olunur.

“Real” rəhbərliyi oyunçunu komandada saxlamaq istəsə də, onun oyun təcrübəsinin azlığı komandadan ayrılıq ehtimalını artırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin