"İki həftə əvvəl Mahir Emreli ilə danışdım. Təklif etdim ki, biz də dəstək olaq".
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi 25 yaşlı hücumçunun hər şeyi detallı izah etdiyini bildirib:
"Hazırda onun yanında hüquq məsləhətçiləri işləyir. Biz də köməklik göstərməyə hazırıq. Digər tərəfdən, milli komanda üzvüdür. Onun yanındayıq. Ötən gün də bir daha əlaqə saxladıq. Köməyimizi təklif etdik. İlk növbədə, klubu ilə problemini həll etməlidir. Oyun praktikasını itirməsini istəmirik. İstərdik ki, formada olsun".
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" oyundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar.
Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və qış təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas Anıl Dinçerlə əlaqəyə keçən hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:07 / 02.02.2022
Elxan Məmmədovdan Mahir Emreliyə DƏSTƏK – “Kömək göstərməyə hazırıq"
Hazırda oxunan: Elxan Məmmədovdan Mahir Emreliyə DƏSTƏK – “Kömək göstərməyə hazırıq"
Hazırda oxunan: Elxan Məmmədovdan Mahir Emreliyə DƏSTƏK – “Kömək göstərməyə hazırıq"
58313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.