AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi QƏRARLAR

Hazırda oxunan: AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi QƏRARLAR

0:00
0:00
58312

“Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media-nın məlumatına görə, aparılmış müzakirələrdən sonra 5 qərar qəbul olunub: 

Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunub. 

Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib.

Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunub (Turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək). 

Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq. 

Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlanacaq. 
Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmayıb. 

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və “Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyevin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin