“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

Hazırda oxunan: “Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

582770

“Mançester Yunayted” klubu yeni transfer pəncərəsində orta xəttini gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, “qırmızı şeytanlar”ın hazırkı siyahısında 7 futbolçunun adı yer alıb.

Bunlar Elliot Anderson (“Nottinqem Forest”), Adam Uorton (“Kristal Palas”), Karlos Baleba (“Brayton”), Joao Qomes və Andre (hər ikisi “Vulverhempton”), Anjelo Ştiller (“Ştutqart”) və Konor Qallaherdir (“Atletiko”).
 

Baş məşqçi Ruben Amorimin istəyi ilə komandaya yeni cinah müdafiəçisinin də cəlb olunması nəzərdə tutulub. Klubun əsas transfer fəaliyyətini əsasən yay aylarında həyata keçirəcəyi bildirilir.


Qeyd edək ki, klub maliyyə büdcəsini yüngülləşdirmək üçün Markus Reşford, Ceydon Sanço, Kazemiro və Harri Maquayrla yolları ayırmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin