Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Hazırda oxunan: Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

582752

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib.
 

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Seru Girassi ("Borussiya"), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanqı ("Marsel") qabaqlayıb.


Qeyd edək  ki, Kilian Mbappe "Real"ın "Olimpiakos"u 4:3 hesabı ilə məğlub etdiyi matçda komandasının bütün qollarının müəllifi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin