“Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

Hazırda oxunan: “Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

582735

İngiltərənin “Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ünvanlayacaq.

Bizim.Media xəbər verir ki, buna Fransa polisinin klubun azarkeşlərinə qarşı ədalətsiz münasibəti səbəb olub.

Hadisə Çempionlar Liqasının "Marsel"lə səfər matçı zamanı baş verib. Belə ki, Fransa polisinin matçdan sonra azarkeşlərə qarşı bibər qazı, dəyənək və qalxanlardan istifadə etməsi narazılıq yaradıb.
 

İngiltərə təmsilçisi təhlükəsizlik qüvvələrinin bu davranışını kəskin pisləyib və güc tətbiqinin lüzumsuz olduğunu vurğulayıb.


Qeyd edək ki, “Marsel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra “Nyukasl” 9 xalla 11-ci, Fransa klubu isə 6 xalla 21-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin