“Mən günahı konkret kiminsə üzərinə ata bilmərəm. Məncə, bu liqada böyük komandaya çevrilmək potensialımız var”.
Bizim.Media xəbər verir ki, bunu komandanın üzvü Kobi Montqomeri klubun mətbuat xidmətinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Liqada hazırda fasilə yaranıb və komandalar üçün dincəlmək və növbəti oyunlara hazırlaşmaq üçün fürsət yaranıb. Hazırlıq necə gedir və komandadakı əhval-ruhiyyə necədir?
- Növbəti oyunlara hazırlıq yaxşı gedir. Bizə həm fiziki, həm də mental olaraq toparlanmaq üçün imkan yarandı. Qarşıdakı oyunlara tam hazır olmalıyıq.
- NTD mövsümə yaxşı şəkildə başlamadı və ilk yeddi oyunda məğlub oldu. Bunun əsas səbəbləri nədə görürsüz?
- Mən günahı konkret kiminsə üzərinə ata bilmərəm. Məncə, bu liqada böyük komandaya çevrilmək potensialımız var. Amma eyni zamanda çempionatın ən gənc komandasıyıq. Və təcrübəli oyunçularla dolu bir liqada bu işləri çətinləşdirir. Yenə də vəziyyəti dəyişə biləcəyimizə inanıram.
- Mövsümün əvvəlindən bəri heyətdə kifayət qədər dəyişiklik oldu. Sizcə, yeni oyunçular komandaya nə qədər güc qata bilər?
- Heyətə qoşulan yeni oyunçular bizə çox kömək edib. Lakin bu yolda da çətinliklər var, çünki hər kəs yeni rollara uyğunlaşmalıdır. Əgər hamımız qələbə mentalitetinə sahib olsaq, bu, mütləq bizim xeyrimizə işləyəcək.
- Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?
- Deyərdim ki, Azərvaycan basketbol liqasında çox yüksək səviyyədə basketbol oynanılır. Liqa çox rəqabətlidir. Bu mənim peşəkar basketbolda ilk ilim olduğundan nə gözləyəcəyimi tam bilmirdim. Amma mənim üçün belə təcrübə toplamaq çox müsbətdir.
- Ümumilikdə Azərbaycana artıq öyrəşə bilmisiz?
- Azərbaycanda yaşamaq gözəldir. Mən daha çox evdə olmağı sevən biriyəm, ona görə də ölkəni tam hiss etmək üçün çox gəzə bilməmişəm. Amma heç bir problemim də olmayıb. Mənim üçün çətin olan yeganə şey dil baryeridir.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:50 / 27.11.2025
Azərbaycan klubunun legioneri: “Vəziyyəti dəyişəcəyimizə inanıram”
Hazırda oxunan: Azərbaycan klubunun legioneri: “Vəziyyəti dəyişəcəyimizə inanıram”
Hazırda oxunan: Azərbaycan klubunun legioneri: “Vəziyyəti dəyişəcəyimizə inanıram”
582694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































