Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI

Hazırda oxunan: Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI

582656

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) oyunçuların satılmasından əldə olunan gəlirə görə klubların reytinqini tərtib edib.

Bizim.Media xəbər verir ki, siyahı 2021-ci ilin yanvarından etibarən olan dövrü əhatə edir.

Reytinq hazırlanarkən yalnız peşəkar statusunda klublara qoşulub daha sonra daimi transferlə digər komandaya keçən oyunçular nəzərə alınıb.

Ən çox gəlir "Ayntraxt" klubuna məxsus olub. Top-10 belədir:

1. "Ayntraxt" – +286 milyon avro

2. "Brayton" – +221 milyon avro

3. "Ştutqart" – +178 milyon avro

4. "Atalanta" – +150 milyon avro

5. "Benfika" – +147 milyon avro

6. "Lans" – +134 milyon avro

7. "Udineze" – +128 milyon avro

8-9. "Yunion" – +113 milyon avro

8-9. "Leççe" – +113 milyon avro

10. "Lill" – +112 milyon avro.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin