“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Hazırda oxunan: “Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

582530

“Neftçi” yeni baş məşqçi təyinatına tələsmək istəmir. Paytaxt klubu bir neçə namizəd arasından seçim edir, amma qərar vermək üçün ən doğru variant üzərində dayanmaqda israrlıdır.

Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi olmağa əsas namizəd bəlli olub.
Bu Yuri Vernidubdur.
 

Ukraynalı mütəxəssisin son iş yeri doğma ölkəsinin “Krivbass” komandası olub. Əsasən Ukrayna klublarında işləyən Vernidub bir müddət “Şerif”in də uğurları üçün çalışıb.


Hələliksə komandanı “Turan Tovuz”la növbəti oyuna akademiyada çalışan, əvvəllər “Qəbələ” və “Keşlə”də baş məşqçilik təcrübəsi olan Sənan Qurbanovun çıxaracağı dəqiqdir.

Yeni baş məşqçi ilə bağlı qərar isə növbəti həftələrdə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin