"Həmin vaxt oyunun taleyi həll olundu" - Qurban Qurbanov

Hazırda oxunan: "Həmin vaxt oyunun taleyi həll olundu" - Qurban Qurbanov

582410

"Həm “Napoli”ni, həm də rəqibin baş məşqçisi mister Konteni təbrik edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Napoli" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: 

"Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. rəqibdən çəkinmədilər, risk etdilər, cəsarətli oyun göstərdilər. Qarşımızda çox keyfiyyətli bir komanda var idi. Buna baxmayaraq, komandamız sona qədər çox yaxşı oyun göstərdi. Buna görə futbolçularımdan çox razı qaldım.  Belə də davam etməliyik. Dünən də dedim ki, biz hər oyundan həzz almalıyıq, daha da böyümək üçün inamlı oyun göstərməliyik".

- Rəqib baş məşqçisi Antonio Konteni çox yaxşı tanıyırsınız. Nələr gözlədiyiniz kimi olmadı?

- Demək olar ki, hər şey düşündüyümüz kimi idi. Sadəcə, 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə rəqib 5-li müdafiədən 4-lüyə keçid etdi. 8-10 dəqiqə oyunu itirdik, bir az anlaşılmazlıq oldu. Həmin vaxt da oyunun taleyi həll olundu. "Napoli" yalnız son iki oyunda beşli medafiəyə keçmişdi. Özü də futbolçularımızın bir az yorulan vaxtı bunu etdilər. Ancaq qollar da bəsit qollar deyildi. Hansısa irad bildirəsi epizodlar olmadı.

- Medinanın zədələnərək oyunu tərk etməsini matçın qırılma anı hesab etmək olarmı?

- Belə gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bəzən problem yarada bilər. Amma Mmae oyuna heç də pis qoşulmadı. Bəlkə də, Medinanın təcrübəsi, oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. Belə olmasa, daha yaxşı olardı. Deməli, bu gün qalibiyyət "Napoli"nin olmalı idi.

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin