"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.
Bizim.Media xəbər verir ki, İtaliyada oynanılan matçın 64-cü dəqiqəsində başlayan güclü leysan oyunun davam etdirilməsinə mane olub.
Hazırda görüşün çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir və matçın qaldığı yerdən davam etdirilməsi ehtimal olunur.
Qeyd edək ki, oyun dayandırılan anda meydan sahibləri 1:0 hesabı ilə öndə olublar.
Xatırladaq ki, "Qarabağ" və "Napoli"nin əsas komandaları arasında qarşılaşmanın isə bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulub. Amma daha əvvəl İtaliya mediası əsas komandalar arasındakı bu matçın da əlverişsiz hava şəraitinə görə təxirə salınma ehtimalı olduğunu yazıb.
Bizim.Media





























































































