Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında beş çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "A" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Millimizin heyəti isə aşağıdakı kimidir:
-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq
Rəşid Məmmədəliyev
Hidayət Heydərov
-90 kq
Murad Fətiyev
Aslan Kotsoyev
+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri


Bizim.Media

- A-
- A
- A+
İdman
15:49 / 25.11.2025
"Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək cüdoçular – SİYAHI
Hazırda oxunan: "Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək cüdoçular – SİYAHI
Hazırda oxunan: "Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək cüdoçular – SİYAHI
582319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































