Bu gün UEFA Çempionlar Liqasının 5-ci turunda təmsilçimiz “Qarabağ” İtaliyada “Napoli” ilə üz-üzə gələcək. Bakı vaxtı ilə 00:00-da baş tutacaq matçı bir neçə futbolçu buraxmalı olacaq.
Bizim.Media xəbər verir ki, hazırda Ağdam təmsilçisinin yalnız iki futbolçusu zədəli durumdadır.
Oyunda yer almayacaq futbolçulardan biri braziliyalı yarımmüdafiəçi Kadi Borqesdir. Belə ki,
“Çelsi”yə qarşı oyunda aldığı zədə səbəbindən futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu səbəbdən “Qarabağ” iştirak ərizəsində Kadinin yerinə yeni transferi Coni Montieli qeydiyyata alıb.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən matçda xəsarət alıb. Qarşılaşmaya ilk "11-lik"də başlayan oyunçu ikinci hissədə meydana çıxa bilməyib.
İtaliya təmsilçisindən isə Billi Gilmor, Kevin De Bruyne, Andre-Zambo Anqissa, Leonardo Spinazzola və Romelu Lukaku zədəli olduqları üçün bu oyunu buraxacaqlar.
Naibə, Bizim.Media

- A-
- A
- A+
İdman
15:17 / 25.11.2025
“Qarabağ” “Napoli” ilə görüşə bu itkilərlə ÇIXACAQ
Hazırda oxunan: “Qarabağ” “Napoli” ilə görüşə bu itkilərlə ÇIXACAQ
Hazırda oxunan: “Qarabağ” “Napoli” ilə görüşə bu itkilərlə ÇIXACAQ
582311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































