25 milyonluq heyəti olan “Qarabağ” 500 milyonluq “Napoli”yə QARŞI

Hazırda oxunan: 25 milyonluq heyəti olan “Qarabağ” 500 milyonluq “Napoli”yə QARŞI

582296

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” “Napoli” ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, bu matç klublar arasında ilk qarşılaşmadır.

Rəsmi rəqəmlərə görə, rəqibin ümumi büdcə dəyəri 503.30 milyon avrodur.

"Napoli" bu mövsüm klub tarixində ən böyük məbləği də məhz futbolçu və baş məqşçi maaşlarına ayırıb. Klubun 2026-cı ilin iyul ayına kimi maaşlara ayırdığı məbləğ 160 milyon avro təşkil edir. Bu, klub üçün rekord məbləğdir.

Klubun ən böyük transfer dəyərinə malik futbolçusu 50 milyon avro ilə yarımmüdafiəçi Skott Maktominey və müdafiəçi Alessandro Buoncornodur.

Rəsmi rəqəmlərə görə, “Qarabağ”ın büdcə dəyəri 24.83 milyon avrodur. Hazirda transfer dəyərinə görə, klubun ən bahalı futbolçuları 2.50 milyon avro ilə yarımmüdafiəçilər Kadi Borqes və Leandro Andradedir.

Qeyd edək ki, Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin