“Qarabağ” bu il Çempionlar Liqasında yetərincə uğurlu oyun göstərir. Təsadüfi deyil ki, komanda keçirdiyi 4 oyundan cəmi birində məğlub olub, iki qələbə və bir heç-heçə edib.
Elə bugünkü “Napoli” ilə görüşdə də Ağdam klubundan uğurlu nəticə gözləyənlərin sayı az deyil.
Bəs mütəxəssislər necə düşünür?
Millimizin keçmiş baş məşqçisi Arif Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, oyunun çox çətin keçəcəyini düşünür:
“Napoli” İtaliyanın ən güclü klublarından biridir. Son illər daim çempionluğa oynayıblar. Onların 4 “Qarabağ”ın 7 xalı var. Bu baxımdan görüş onlar üçün ölüm-dirim savaşına bərabərdir. Ona görə də “Qarabağ” üçün çox çətin olacaq. Üstəlik, də güclü azarkeş dəstəyi ilə oynayacaqlar.
Üstəlik bu görüş onların əfsanəsi Maradonanın da doğum gününə təsadüf edir. Bu baxımdan, “Qarabağ”ın əleyhinə olan bir çox faktorlar var. Ancaq Ağdam klubu da artıq Çempionlar Liqasında öz sözünü deyib. Komandada uğurlu nəticələrdən sonra ciddi psixoloji inam yaranıb. Ona görə də onlar belə gərgin vəziyyətlərə öyrəşiblər. Bu baxımdan start dəqiqələrdə təzyiqlərdən çıxıb öz oyununu tapsa, “Qarabağ” ən azından bu onundan 1 xal götürə bilər”.
“Qarabağ” bu üslubla oynasa, “Napoli”ni məğlub edə bilər
Futbol eksperti Ceyhun Sultanov isə çox nikbin düşüncədədir. Onun fikrincə, “Qarabağ” ənənəvi oyun üslubunu davam etdirsə, İtaliyada da uğurlu nəticə qazana bilər:
“Məm həmişə “Qarabağ”la bağlı suallara müsbət, pozitiv cavab verirəm. Çünki komandanın dominantlıq etdiyi bir oyun üslubu var, və bu üslubla oynasa, inanın ki, “Napoli”ni də məğlub edə bilər. Mən “Qarabağ”ın istənilən komandanı məğlub edə biləcəyinə inanıram. Çünki komanda göstərdiyi oyunla artıq bunu tam olaraq sübut edə bilib. Fikrimcə, bu gün komanda qalib gəlmək istəyirsə, müdafiədə səhvə yol verməyib, əlinə düşən imkandan maksimum yararlansa, mütləq lazım olan nəticəni əldə edəcək. Komandamıza uğurlar arzulayıram”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:20 / 25.11.2025
“Qarabağ”ın “Napoli” SINAĞI – Çətin səfər öncəsi komandamızın QƏLƏBƏ ŞANSLARI
Hazırda oxunan: “Qarabağ”ın “Napoli” SINAĞI – Çətin səfər öncəsi komandamızın QƏLƏBƏ ŞANSLARI
Hazırda oxunan: “Qarabağ”ın “Napoli” SINAĞI – Çətin səfər öncəsi komandamızın QƏLƏBƏ ŞANSLARI
582278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































