"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi

Hazırda oxunan: "Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi

581776

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.

Bizim.Media xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.

İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.

Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Görüşdə Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

59-cu dəqiqədə "Sumqayıt" azlıqda qalıb. Komandadan Rayan Senhadji meydandan qovulub.

77-ci dəqiqədə isə "Sumqayıt"dan Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirə bilməyib.

Hazırda bir oyun az keçirən "Qarabağ"ın 26, "Sumqayıt"ın isə 20 xalı var.

21 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:4

Qollar: Leandro Andrade, 6 (0:1), Höccət Haqverdi, 32 (1:1), Toral Bayramov, 42 (1:2), Abdullah Zubir, 63 (1:3), Nsana Simon, 83 (2:3), Aleksey Kaşuk, 90+3 (2:4)

Qırmızı vərəqə: Rayan Senhadji, 59 ("Sumqayıt")

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2

Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin