Hər gün bir portağal YEYİN – Bu xəstəliklərin dərmanıdır

Hazırda oxunan: Hər gün bir portağal YEYİN – Bu xəstəliklərin dərmanıdır

581732

Portağal bir çox xəstəlik riskini azalda bilər. Portağalın tərkibindəki yüksək C vitamini, folat, kalium və antioksidantlar orqanizm üçün mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, portağal immun sistemini gücləndirir, hüceyrə zədələnməsini azaldır və metabolizmin düzgün işləməsinə kömək edir.

Portağalın ən önəmli faydalarını təqdim edirik:

İmmuniteti gücləndirir: C vitamini ilə bədəni infeksiyalardan qoruyur.

Göz sağlamlığını dəstəkləyir: Yaşa bağlı makula deqradasiyasının inkişafını ləngidə bilər.

Qan təzyiqini tənzimləyir: Damarları rahatlaşdıraraq təzyiqi normallaşdırmağa kömək edir.

Dəmirin sorulmasını artırır: Anemiya riskini azaldır. 

Qlükozanı stabilləşdirir: Diabet riskinin azalmasına dəstək ola bilər.

Hamiləlik üçün vacibdir: Folat sayəsində dölün inkişafında mühüm rol oynayır.

Böyrək daşı riskini azaldır: Sitrat tərkibi səbəbilə daş əmələ gəlməsinin qarşısını ala bilər. Mütəxəssislər portağalın gündəlik rasionda yer almasının ümumi sağlamlıq üçün əhəmiyyətli olduğunu vurğulayıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin