“Karvan-Yevlax” “Kəpəz”lə, “Sumqayıt” “Qarabağ”la qarşılaşacaq

Hazırda oxunan: “Karvan-Yevlax” “Kəpəz”lə, “Sumqayıt” “Qarabağ”la qarşılaşacaq

581675

Bu gün Misli Premyer Liqasında 12-ci tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq. Əvvəlcə, “Karvan-Yevlax” “Kəpəz”lə qarşılaşacaq.
 

Autsayderlərin görüşü Yevlaxda baş tutacaq. Bu, “Karvan-Yevlax”ın cari mövsümdə öz meydanındakı ilk oyunu olacaq. Digər oyunda isə “Sumqayıt”la “Qarabağ” üz-üzə gələcək. Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla liderliyini qorumağa çalışacaq. “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qəbələ” oyunları sabah, “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” görüşləri isə 23 noyabrda keçiriləcək.


Misli Premyer Liqası

12-ci tur

21 noyabr

“Karvan-Yevlax” – “Kəpəz”

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

Yevlax şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin