“Bavariya”nın qapıçısı karyerasını BAŞA VURUR

Hazırda oxunan: “Bavariya”nın qapıçısı karyerasını BAŞA VURUR

581609

“Bavariya” klubunun qapıçısı Sven Ulrayx mövsümün sonunda peşəkar karyerasını yekunlaşdıracaq.

Bizim.Media xəbər verir ki, futbolçunun Münhen klubuyla olan cari müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qarşılıqlı razılaşma əsasında tərəflər müqaviləni yeniləməyəcək. Təcrübəli qapıçının karyerasını bitirdikdən sonra klubda fərqli vəzifədə çalışacağı bildirilir.
 

Qeyd edək ki, karyerası ərzində “Ştutqart” və “Hamburq”da da çıxış edən Ulrayx “Bavariya” ilə 8 dəfə Almaniya çempionluğunu, 3 dəfə ölkə kubokunu, 6 dəfə Almaniya Superkubokunu qazanıb.


Bundan əlavə, klubla UEFA Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin