Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 4 medal qazanıblar.
Bizim.Media xəbər verir ki, qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kiloqram) gümüş, Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşçi İslam Bazarqanov (57 kiloqram) finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadada üçüncü yeri tutub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:15 / 20.11.2025
İdmançılarımız İslamiadada daha 4 medal QAZANDILAR
Hazırda oxunan: İdmançılarımız İslamiadada daha 4 medal QAZANDILAR
Hazırda oxunan: İdmançılarımız İslamiadada daha 4 medal QAZANDILAR
581589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































