2 güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarının FİNALINDA - FOTO

Hazırda oxunan: 2 güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarının FİNALINDA - FOTO

581515

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb.

Bizim.Media xəbər verir ki, idmançı yarımfinalda özbəkistanlı Nigina Sabirovaya (6:0) qalib gəlib.

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb.

Onun ilk rəqibi Tambi Roland (Kamerun) xalça üzərinə çıxmayıb.

İdmançı 1/4 finalda Ali Momenijoujadeni (İran) 4:2, yarımfinalda isə Said Zazaini (Əfqanıstan) 10:0 hesabı ilə üstələyib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin