“Zirə”nin müdafiəçisi İssa Cibrilla iki aylıq zədə müddətdindən sonra məşqlərə qayıdıb.
Bizim.Media xəbər verir ki, zədəsini sağaldan Niger millisinin üzvü Misli Premyer Liqasının 6-cı turunun “İmişli” ilə (1:1) görüşündə sıradan çıxmışdı.
Eyni dövrdə qəsəbə təmsilçisinin gürcü forvardı Davit Volkov da zədələnmişdi. Lakin onun komandaya geri qayıtması hələ ki bəlli deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media



























































































