Argentinalılar Messini prezident görmək istəyirlər

Hazırda oxunan: Argentinalılar Messini prezident görmək istəyirlər

581495
Ulduz futbolçu Lionel Messi Argentina prezidentliyinə namizədliyini irəli sürərsə, ölkə əhalisinin 43,7 faizi onu dəstəkləyəcək.
 
Bu barədə Argentinada yerləşən “Giacobbe & Asociados” şirkətinin apardığı sosioloji sorğunun nəticələrində qeyd olunur.
 
Respondentlərin 37,8 faizi isə PSJ-nin hücumçusunu prezident kürsüsündə görmək istəmədiklərini dilə gətiriblər.
 
Rəyi soruşulan 17,5 faiz argentinalı futbolçunun namizədliyini yəqin ki, dəstəkləyə biləcəklərini bildiriblər.
 
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının final matçında Messi fransızların qapısına iki qol vurub.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin