Argentinalı futbolçu Lionel Messi "Diario Sport" nəşrinin versiyasına əsasən, "Barselona" tarixinin ən yaxşı oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, xüsusi mükafata layiq görülən argentinalı azarkeşlərin minnətdarlıq videosuna baxarkən göz yaşlarını çətinliklə saxlayıb.
"Heç yerə getmək istəmirdim, karyeramı "Barselona"da bitirmək istəyirdim. Təəssüf ki, işlər başqa cür oldu, amma bu mükafata görə çox minnətdaram. Bir gün ailəmlə birlikdə "Barselona"ya qayıdacağıq. Ora mənim evimdir", - deyə Messi bildirib. (sports.ru)
Bizim.Media




























































































