“Tottenhem”in hücumçusu "Roma"ya KEÇƏ BİLƏR

Hazırda oxunan: “Tottenhem”in hücumçusu "Roma"ya KEÇƏ BİLƏR

581447

İtaliyanın “Roma” klubu yanvar transfer pəncərəsində “Tottenhem”in cinah hücumçusu Matis Telə maraq göstərir.

Bizim.Media xəbər verir ki, futbolçu cari mövsüm Tomas Frankın rəhbərliyi altında əsas heyətdə çıxış etməkdə çətinlik çəkir və mövsümün əvvəlində Çempionlar Liqası heyətinə daxil edilməyib.

Lakin beynəlxalq fasilədən əvvəl Matis Tel “Mançester Yunayted”lə matçda ehtiyat heyətdən meydana çıxaraq fərqlənməyi bacarıb.
 

O, 2:2 hesablı oyunda qol vurub. Keçmiş “Bayern” ulduzu bu mövsüm bütün turnirlərdə yalnız iki qol vurub, oktyabrda isə “Tottenhem”in “Lids” üzərində 2:1 hesablı qələbəsində fərqlənib.


Məlumata görə, London klubunun icarə təkliflərinə isti baxmadığı və yalnız daimi transfer təkliflərini nəzərdən keçirəcəyi bildirilir. Bununla yanaşı, baş məşqçi Tomas Frankın zədələr səbəbindən heyəti zəiflətmək istəmədiyi də vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin