“Beşiktaş” “Barselona”nın qapıçısı ilə MARAQLANIR

Hazırda oxunan: “Beşiktaş” “Barselona”nın qapıçısı ilə MARAQLANIR

581429

"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" almaniyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 33 yaşlı "əlcək sahibi"ni 8 milyon avroluq satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Yekun qərarı futbolçunun klubu verəcək.

Qeyd edək ki, "Barselona" Mark-Andre Ter Ştegeni 2014-cü ilin yanvar ayında Münhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin