“Napoli” “Qarabağ”la oyuna 6 itki ilə ÇIXACAQ

Hazırda oxunan: “Napoli” “Qarabağ”la oyuna 6 itki ilə ÇIXACAQ

581330

“Napoli”nin daha 3 futbolçusunun UEFA Çempionlar Liqasının növbəti turunda “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Leonardo Spinazzola, yarımmüdafiəçi Billi Gilmur və hücumçu Romelu Lukaku Neapoldakı görüşdə iştirak edə bilməyəcək.

İlk iki oyunçu hazırda bərpa prosesi keçməklə məşğuldur.
 

Qasıq nahiyəsindəki zədədən sonra müalicə olunan Spinazzola ilə Gilmurun tezliklə kollektivə qoşulması gözlənilir. Lakin onlar A Seriyasında “Atalanta” və Çempionlar Liqasında “Qarabağ”la görüşə qədər hazır olmayacaqlar. Lukakunun isə noyabrın 30-da “Roma” ilə matçda dönüşü gözlənilir.


Daha öncədən isə qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin de Bruynenin zədə səbəbindən “Qarabağ”la qarşılaşmanı buraxacağı bəlli idi.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü noyabrın 26-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin