“Barselona” braziliyalı futbolçunu transfer etmək istəyir

Hazırda oxunan: “Barselona” braziliyalı futbolçunu transfer etmək istəyir

581255

"Vasko da Qama"nın futbolçusu Rayan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Barselona" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
 

İspaniya çempionu Rayan üçün Braziliya klubuna təklif göndərib. "Barselona" 19 yaşlı "sambaçı" üçün 25-30 milyon avro ödəməyə hazırdır. Klubun idman direkoru Deku gənc oyunçunu gələcək investisiya kimi görür.


Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir.

Braziliya U-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin