Hazırda İspaniyanın “Real Madrid” komandasında çıxış edən Kilian Mbappe ilə Fransanın PSJ klubu arasında davam edən hüquqi mübarizdə yeni epizod yaranıb.
Bizim.Media xəbər verir ki, 27 yaşlı futbolçu Paris klubundan 263 milyon avro tələb edir. Klub isə öz növbəsində, keçmiş hücumçusunun 440 milyon avro təzminat ödəməsini istəyir.
Bu məbləğin 180 milyon avrosu hücumçunun 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun təklif etdiyi 300 milyon avroluq transfer müqaviləsini rədd etməsindən sonra yaranan zərərin ödənilməsi üçün nəzərdə tutulub.
Mbappe həmin vaxt PSJ ilə müqaviləsinin müddətini 2024-cü ilin yayına qədər uzatmağa və “Real Madrid”ə pulsuz keçməyə qərar vermişdi. 60 milyon avro isə klub nümayəndələrinin iddia etdiyi kimi, ziyan və mənəvi təzminat kimi tələb olunur.
Kilian Mbappenin tələb etdiyi təzminatın böyük hissəsi müqavilə şərtlərinin dəyişdirilməsi, mənəvi təzyiq və psixoloji zorakılıq ilə əlaqədardır. 2023-cü ilin yayında PSJ rəhbərliyi Mbappenin müqavilənin bitməsindən sonra klubdan ayrılacağını biləndə, onu əsas komandadan kənarlaşdırmışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:15 / 18.11.2025
Mbappe PSJ-dən 263 milyon avro tələb edir
Hazırda oxunan: Mbappe PSJ-dən 263 milyon avro tələb edir
Hazırda oxunan: Mbappe PSJ-dən 263 milyon avro tələb edir
581165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































