Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaqlar.
Bizim.Media xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) 1/8 finalda, İslam Abbasov isə (87 kq) 1/4 finalda xalça üzərinə çıxacaqlar.
3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Kot-d'İvuar seçməsi ilə üz-üzə gələcək.
Paraatlet Samir Nəbiyev (F57) disk atmada, atletlərdən Nazim Babayevlə Rüstəm Məmmədov üç təkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə atmada uğur qazanmağa çalışacaqlar.
Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 45 mükafatla (5 qızıl, 14 gümüş, 26 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb. Yarışlar noyabrın 21-də başa çatacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:42 / 18.11.2025
İslamiada: Güləşçilərimiz bu gün mübarizəyə başlayır
Hazırda oxunan: İslamiada: Güləşçilərimiz bu gün mübarizəyə başlayır
Hazırda oxunan: İslamiada: Güləşçilərimiz bu gün mübarizəyə başlayır
581143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































