“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

Hazırda oxunan: “Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

581045

Millinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovun yeni ilə hansı klubda başlayacağı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Samir Abasovun mövsümün geridə qalan hissəsində şans vermədiyi qapıçı sezonun ikinci yarısını "Qəbələ"də keçirəcək.

"Qırmızı-qaralar" gənc "əlcək sahibi"ni 6 aylıq icarəyə götürəcək. Tərəflər arasında bu yöndə bir müddətdir gedən danışıqlar artıq başa çatıb.
 

"Kəpəz" 22 yaşlı qapıçıya ciddi maraq göstərsə də, o, "Qəbələ"yə üstünlük verib. Samir Abasov Kenan Piriçin gəlişindən sonra Rza Cəfərovu ehtiyata atıb. Yığmanın üzvü hazırda üçüncü qapıçı durumundadır.


Baş məşqçi Premyer Liqada bosniya və herseqovinalıya etimad göstərdiyi halda, ölkə kubokunda Emil Balayevə güvənməyə üstünlük verir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin