Emil Mustafayevin Ukraynadan çıxışına icazə verilmir – DETALLAR

Hazırda oxunan: Emil Mustafayevin Ukraynadan çıxışına icazə verilmir – DETALLAR

581012

“Sumqayıt” klubu uzun müddətdir ki, Ukraynada oynayan azərbaycanlı futbolçu Emil Mustafayevin komandaya transferinə hazırlaşırdı. Bunun üçün bütün işlər görülmüşdü. Hətta onun oynadığı “Polesye” klubu və futbolçunun özü ilə razılıq əldə olunmuşdu. 

Ancaq nədənsə bu transfer hələ də baş tutmayıb. 

Məsələ ilə əlaqədar “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq. O Bizim.Media-ya açıqlamasında problemin sırf Ukrayndakı müharibə ilə əlaqədar olduğunu bildirdi: 
 

“Bu məsələ çox qəlizdir. Bizim rəhbərlik konkret olaraq onunla bütün məsələlərdə razılıq əldə edib. Futbolçu ilə ilkin müqavilə bağlanıb. Ancaq Ukraynadakı müharibə vəziyyəti ilə bağlı Emilin ölkədən çıxışına icazə verilmir. Ona görə də transfer yubanır. Çalışacağıq ki, ən azından qış fasiləsinə qədər məsələni həll edək. 


Biz də Emilin tezliklə komandaya qoşulmasını istəyirik. Əgər ölkədən çıxmasına icazə verilsə, komandaya qoşulacaq, əks halda transfer baş tutmayacaq. Bu futbolçunun müqaviləsində də öz əksini tapıb”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin