Braziliyada iki futbolçu bir-birinin keçmiş həyat yoldaşı ilə evləndi

Hazırda oxunan: Braziliyada iki futbolçu bir-birinin keçmiş həyat yoldaşı ilə evləndi

580963

Braziliya futbolunda seriallara yaraşan sensasion bir hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Eder Militao və “Flamengo”nun oyunçusu Leo Pereyra bir-birinin keçmiş həyat yoldaşları ilə ailə qurublar.

Bu “ailə mübadiləsi” Braziliyada böyük müzakirələrə səbəb olub.
 

Məlumata görə, Leo Pereyra yaxın günlərdə model və bloqer Karolina Lima ilə evlənib. Karolina bir vaxtlar Militao ilə münasibətdə olub və ondan Sesiliya adlı qızı var. Eder Militao isə Pereyranın keçmiş xanımı Tayna Kastro ilə nikaha girib. Tayna Elena və Matteonun anasıdır.


Beləliklə, Pereyra Militaonun qızının, Militao isə Pereyranın övladlarının ögey atası olub. Azarkeşlər sosial şəbəkələrdə zarafatla bildirirlər ki, iki müdafiəçi artıq yalnız meydanda yox, ailə münasibətlərində də “bağlanıblar”. (İdman.biz)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin