Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hazırda oxunan: Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

580915

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu yığmanın heyətindən çıxarılıb.

Bizim.Media xəbər verir ki, Türkiyə milli komandası Bolqarıstanla baş tutan qarşılaşmadan sonra 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa hazırlaşır. Yığma səfərdə İspaniya ilə üz-üzə gələcək. Lakin bu qarşılaşmadan öncə millinin kapitanı Hakan Çalhanoğlu heyətdən çıxarılıb.

Bolqarıstana qarşı keçirilən matçda sağ biləyindən zədə alan Hakan komandanı tərk etmək məcburiyyətində qalıb. Onun əvəzinə gənc futbolçular İsak Vural və Yusuf Akçiçək millinin heyətinə dəvət edilib.

Xatırladaq ki, Hakan Çalhanoğlu Bolqarıstanla oyunda penaltidən komandanın ilk qolunu vuraraq fərqlənməyi bacarmışdı.

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması 18 noyabr tarixində baş tutacaq. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin