Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Hazırda oxunan: Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

580863

Bu qələbəyə çox böyük əziyyətlə nail olduq.

Bizim.Media xəbər verir ki, bunu Aerobika gimnastikası üzrə Avropa çempionatının qızıl medalçısı, Azərbaycanın Milli Gimnastika komandasının üzvü Mədinə Mustafayeva mətbuat nümayəndələrinə müsahibəsində deyib.

O, komanda yoldaşı ilə birlikdə qızıl medala sahib olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib.

"Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən, çətin günlərimiz çox olub, zədələrimiz, ağrılarımız olub. Dünya çempionatında medallarımız vardı, Avropa çempionatında bu ilkdir, özü də qızıl. Bizə dəstək olan hər kəsə təşəkkür edirik", - gimnast deyib.

Qeyd edək ki, Mədinə Mustafayeva və Vladimir Dolmatov çütlükdə çıxış edərək aerobika gimnastikası üzrə Avropa çempionu olublar. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin