"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

Hazırda oxunan: "Qalatasaray" Barış Alper Yılmazı göndərməyə HAZIRLAŞIR

580751

Ötən mövsüm performansı ilə Avropa klublarının diqqətini çəkən Barış Alper Yılmaz “Qalatasaray”dan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, klub rəhbərliyi futbolçu üçün qış transfer dönəmində gələcək təklifləri dəyərləndirmək qərarı verib.

Barış Alperin istedadı və potensialı sayəsində ciddi məbləğdə təkliflərin gələcəyi gözlənilir.

Komandadan ayrılacağı halda futbolçunun mövqeyini "sarı-qırmızılılar" “Atalanta”nın şərəfini qoruyan Ademola Lukmanla gücləndirməyi hədəfləyir. Məlumata görə, nigeriyalı futbolçu klubdakı problemləri və texniki heyətlə yaşadığı gərginlik fonunda “Atalanta”nı tərk etməyə maraqlıdır.

“Qalatasaray”ın müvafiq məsələ ilə bağlı yanvar ayında addımlar atacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin