Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messinin Hindistan turundan nə qədər qazanacağı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 38 yaşlı forvard 2025-ci il dekabrın 13-dən 15-dək Hindistanda olacaq.
O, 3 şəhərə səfər edəcək: Kəlkütə, Mumbay və Dehli. Messi Hindistan turu zamanı hər görüş üçün 107 min dollara qədər qazanacaq. Onunla görüşmək üçün tək azarkeş 11 min dollar, 4 nəfərdən ibarət ailə 28 min dollar, 10 nəfərlik qrup isə 107 min dollar ödəyəcək.
Bu qiymətlərə Messi ilə görüş, şəkil çəkdirmək imkanı, imzalı Argentina millisinin forması, ulduz futbolçu ilə yemək və hücumçunun penaltilər seriyasına baxış daxildir.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:14 / 14.11.2025
Messi Hindistanda sərvət qazanacaq
Hazırda oxunan: Messi Hindistanda sərvət qazanacaq
Hazırda oxunan: Messi Hindistanda sərvət qazanacaq
580626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































