"Liverpul" baş məşqçisi Arne Slotla yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.
Klub rəhbərliyi komandanın cari mövsümdəki nəticələrindən narazıdır. Hazırda "mersisaydlılar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 xalla 8-cidir. Slotun komandası 2025-ci ildə 18 matçda məğlub olub.
Bildirilib ki, Arne Slotu əvəz edə biləcək mütəxəssis məhz "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppdur. O, hazırda bu vəzifəyə əsas namizəddir.
Qeyd edək ki, Klopp hazırda “Red Bull”un qlobal futbol layihələrinin rəhbəri və Almaniya Futbol Liqasının (DFL) Ekspert Komitəsinin üzvüdür. O, 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:32 / 14.11.2025
Klopp "Liverpul"a qayıda bilər
Hazırda oxunan: Klopp "Liverpul"a qayıda bilər
Hazırda oxunan: Klopp "Liverpul"a qayıda bilər
580621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































