Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

Hazırda oxunan: Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

580314

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 3 idman növündə çıxış edəcəklər.

Bizim.Media xəbər verir ki, idmançılarımız stolüstü tennis, muaytay və voleybol yarışlarında qüvvələrini sınayacaqlar.

Qadın voleybolçulardan ibarət yığmamız Türkiyə ilə final matçına çıxacaq. Stolüstü tennisçilər (qarışıq cütlük) və muaytayçılar isə yarımfinal görüşlərini keçirəcəklər.

Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin