DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyanı sınağa çəkəcək

Hazırda oxunan: DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyanı sınağa çəkəcək

580300

Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində doğma meydanda İslandiya yığması ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, görüş saat 21:00-da "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək.

Oyunu FIFA referisi Nikola Dabanoviçin rəhbərliyi ilə Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Vladan Todoroviç və Srdan Yovanoviç olacaqlar. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.

Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin