Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Hazırda oxunan: Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

580294

"Yuventus"un türk futbolçusu Kenan Yıldız komandadan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

Türin təmsilçisinin 20 yaşlı hücumçu ilə danışıqları dalana dirənib. "Yuventus" onunla 2030-cu ilin yayınadək müqavilə imzalamaq istəsə də, Kenandan razılıq ala bilməyib.
 

Tərəflər dialoqu dayandırmaq qərarına gəliblər. Problem maliyyə baxımdan fikir ayrılıqlarındadır. Avropanın nəhəng klubları isə vəziyyəti izləyirlər. Belə ki, Türkiyə millisinin üzvü "Çesi", "Real" və "Arsenal"ın transfer siyahısındadır.


Qeyd edək ki, Kenan 2023-cü ildən "Yuventus"un əsas komandasında oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin