Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Hazırda oxunan: Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

580286

Azərbaycan millsinin üzvləri Bakının Kürdəxanı qəsəbəsində məşq edən yeniyetmə futbolçularla görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.
 

Bildirilib ki, görüşdə millimizin baş məşqçisi Ayxan Abbasov, komandanın direktoru İlqar Qurbanov, futbolçular Rza Cəfərov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, həmçinin AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak ediblər.


Kürdəxanı sakini, həvəskar məşqçi Zakir Əliyev öz həyətində uşaqlar üçün kiçik futbol meydançası inşa edib və orada onlara təmənnasız məşqlər keçərək gənc istedadların inkişafına töhfə verməyə çalışır. Onun təşəbbüsü sayəsində qəsəbədə yaşayan bir çox uşaq futbolla məşğul olmaq imkanı qazanıb.

Milli komandanın üzvləri həmin uşaqlarla tanış olub, onların məşqinə qatılıb və səmimi söhbətlər aparıblar.

Baş məşqçi Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.

Görüşün sonunda uşaqlar milli komandanın üzvləri ilə xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar. Yeniyetmələrə AFFA tərəfindən hədiyyələr və futbol topları təqdim olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin