Çempionlar Liqasında yeni REKORD

Hazırda oxunan: Çempionlar Liqasında yeni REKORD

580284

“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasında yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, bu barədə turnirin rəsmi X (keçmiş “Twitter”) hesabında məlumat paylaşıb.

Argentinalı futbolçu turnirdə keçirdiyi ilk 30 oyunda 17 qol vurub. Bu göstərici Çempionlar Liqasının tarixi üçün rekord sayılır.

Əvvəlki rekord 30 oyunda 16 qol ilə Lionel Messiyə məxsus idi. Bu göstəriciyə o, “Barselona” və PSJ-də çıxış etdiyi dövrdə nail olmuşdu. Siyahının üçüncü pilləsində isə “Atletiko” və “Mançester Siti”də çıxış etmiş Serxio Aquero (14 qol) yer alır. Onu 13 qolla Ernan Krespo (“Latsio”, “İnter”, “Milan”, “Çelsi” və s.) və Lisandro Lopes (“Portu”, “Lion”) izləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin