Uzun müddətdən sonra Premyer Liqaya qayıdan “Karvan-Yevlax” işləri hazırda o qədər də yaxşı getmir. Təsadüfi deyil ki, komanda turnir cədvəlində sonuncu pillələrdə qərarlaşıb.
İşlərin belə pis getməsi komandanın baş məşqçisi Azər Haşimovun istefaya göndəriləcəyi ilə bağlı xəbərlərin yayılmasına gətirib çıxarıb.
Bəs görəsən, hazırda klubda real durum necədir?
Bununla bağlı klubun mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında, hazırda baş məşqçi istefasının gündəmdə olmadığını bildirib:
“Baş məşqçi ilə bağı yayılan xəbərlər həqiqəti əks etdirmir. Baş məşqçimiz komandamıza rəhbərlik edir və getmək barədə fikri yoxdur. Rəhbərlik ona tam dəstəyini göstərir. Və o, hazırda növbəti oyunlara hazırlaşır. İnanırıq ki, komandamız bu çətin vəziyyətdən çıxacaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:35 / 12.11.2025
Azər Həşimov istefaya göndərilir? – KLUBDAN AÇIQLAMA
Hazırda oxunan: Azər Həşimov istefaya göndərilir? – KLUBDAN AÇIQLAMA
Hazırda oxunan: Azər Həşimov istefaya göndərilir? – KLUBDAN AÇIQLAMA
580190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































