Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib.
O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq.
Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Bizim.Media
































































































