Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti dünya çempionatı barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, 40 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək mundialın onun karyerasındakı sonuncu dünya çempionatı olacağını bildirib.
Turnir Kanada, Meksika və ABŞ-da baş tutacaq və tarixdə ilk dəfə yarışda 48 milli komanda iştirak edəcək.
“Bəli, bu doğrudur, çünki o vaxt 41 yaşım olacaq. Artıq demişəm, sadəcə indi futbol oynamağın dadını çıxarıram”, – deyə Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda EFE-yə bildirib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:31 / 11.11.2025
Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
Hazırda oxunan: Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
Hazırda oxunan: Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
580058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































